ABŞ HƏMAS-ın pulu haradan aldığını açıqlayıb

ABŞ HƏMAS-ın pulu haradan aldığını açıqlayıb backend

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının sakinlərinə kömək etdiyini iddia edən və özlərini xeyriyyə təşkilatları kimi təqdim edən təşkilatlardan ayda 8 milyon dollardan 12 milyon dollara qədər onlayn ianə alır.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“İsrail rəsmiləri hesab edir ki, HƏMAS hər ay onlayn ianələrdən 8 milyon dollardan 12 milyon dollara qədər gəlir əldə edir ki, bunun da böyük hissəsi Qəzza zolağında mülki şəxslərə yardım göstərən təşkilatlardandır”, - agentliyin məlumatında qeyd edilib.

Agentlik həmçinin qeyd edib ki, söhbət onlayn maliyyələşdirmənin 7 oktyabr 2023-cü il İsrailə hücumdan əvvəl əldə etdiyi məbləğlə müqayisədə dəfələrlə artmasından gedir.

QAZİLER.AZ

Diaspora