BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi İl-76-nın Rusiyada qəzaya uğraması ilə bağlı nəşrləri öyrənib və əlavə məlumat almaq istəyir.
Qaziler.az xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi Elizabet Trossel “RİA Novosti”yə bildirib.
“Əlbəttə ki, biz mediada yayılan xəbərlərdən xəbərdarıq və daha çox məlumat əldə etməyə çalışırıq”, - BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü bildirib.
Rusiya Müdafiə Nazirliyi İl-76-nın Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu bəyan edib. Əsirlərin mübadiləsi üçün hazırlanan hərbi təyyarənin göyərtəsində altı ekipaj üzvü və üç onu müşayiət edən şəxs olub, onların hamısı həlak olub.
QAZİLER.AZ