Rusiyada tək anaların işdən qovulması qadağan ediləcək

Rusiyada tək anaların işdən qovulması  qadağan ediləcək backend

Dövlət Duması işəgötürənlərə tək anaları işdən çıxarmağı qadağan edən qanun qəbul edib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, Rusiyada parlamentin aşağı palatasının mətbuat xidmətinin məlumatına görə, yeniliklər 16 yaşınadək uşağı olan tək ana və ataları iş yerlərini itirməkdən qoruyacaq.

Qanunun qəbulu işəgötürənlərə 16 yaşınadək uşaq böyüdən tək ana və ataları işdən çıxarmağı qadağan edəcək. İndi bu norma 14 yaşına çatmamış uşaqların valideynlərinə şamil edilir”, - Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Dövlət Duması sədrinin sözlərinə görə, seçicilər qanunvericiliyə müvafiq düzəlişlər edilməsini dəfələrlə xahiş ediblər. Volodin vurğulayıb ki, 16 yaşına çatmamış uşaqların hələ də köməyə ehtiyacı var, övladını tək böyüdən ana işdən qovulsa, ailə dolanışıqsız qala bilər.

QAZİLER.AZ

Diaspora