"Falcon 10" təyyarəsindən sağ çıxanlar bu gün Rusiyaya qayıdacaq

"Falcon 10" təyyarəsindən sağ çıxanlar bu gün Rusiyaya qayıdacaq backend

Əfqanıstanda qəzaya uğrayan “Falcon 10”dan sağ çıxan 4 rusiyalı yanvarın 25-i Rusiyaya uçacaq.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, plana əsasən, təyyarə qəzasında sağ qalan dörd nəfər bu gün müntəzəm reyslə evlərinə uçmalıdır.

“Falcon 10” yanvarın 20-də axşam saatlarında Əfqanıstan dağlarında qəzaya uğrayıb. Təyyarə Taylandda istirahət edən evli cütlüyü Rusiyaya aparırdı. Təcili uçuşa səbəb rusiyalı qadının yoluxucu xəstəliyi olub.

QAZİLER.AZ

Diaspora