“ABŞ-nin Ukraynadakı uğursuzluqları onu bütün dünyanın gülüş obyektinə çevirib”.
Qaziler.az bildirir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor özünün Twitter səhifəsində (X) yazıb. Eks-məmur Vaşinqtonun Ukrayna siyasəti ilə tamamilə iflasa uğradığı barədə fikirərini bildirib.
“Ukraynadakı uğursuzluqlarımız bizi bütün dünyanın gözü qarşısında gülüş obyektinə çevirir. Bu artıq hədsiz çoxdur!”, - Makqreqor qəzəblə deyib.
Bundan əvvəl Makqreqor amerikalı senator Lindsi Qremini, Ukraynada bir nəfər də olsun amerikalının öldürülmədiyini dedikdən sonra onu yalan danışmaqda ittiham etmişdi. Pentaqonun keçmiş müşavirinin sözlərinə görə, Ukraynada azı 400 ABŞ vətəndaşı öldürülüb. Keçmiş hökumət işçisinin sözlərinə görə, Amerika hakimiyyəti bu məlumatları öz vətəndaşlarından gizlədir.
QAZİLER.AZ