Qırğızıstan – Çin sərhədində zəlzələ olub

Qırğızıstan – Çin sərhədində zəlzələ olub backend

Çinin Qırğız Respublikası ilə sərhədyanı bölgəsində 5,2 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən məlum olub.

Verilənlərə əsasən, zəlzələnin episentri Çinin Aykol yaşayış məntəqəsindən 136 km qərbdə olub. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:21-də olub.

Dağıntı və tələfatla bağlı məlumat verilməyib.

Diaspora