Hindistanda polis altı yoldaşını yaralayıb

Hindistanda polis altı yoldaşını yaralayıb backend

Hindistannın “Assam Tüfəngləri”ndən olan polis məmuru intihar etməzdən əvvəl polis yoldaşlarına atəş açıb.

Qaziler.az xəbər verir ki, bu barədə  “The Indian Express” qəzeti məlumat yayıb.

Məlumata  görə, insident Myanma ilə sərhəddə yerləşən Manipur ştatında baş verib. 6 polis əməkdaşı yaralanıb, onların vəziyyəti stabildir. Faktla bağlı araşdırma aparılır.

“Assam Tüfəngləri” Hindistanın şimal-şərqində sərhədlərin mühafizəsi, üsyanla mübarizə və asayişin qorunması üçün məsuliyyət daşıyan hərbiləşdirilmiş qüvvədir. Bölmə Daxili İşlər Nazirliyinin tabeliyindədir.

QAZİLER.AZ

Diaspora