“Dünya təşkilatı Belqorod vilayətində qəzaya uğrayan Rusiyaya məxsus İl-76 təyyarəsinin göyərtəsində olan insanların həlak olmasından təəssüflənir”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.
Düjarrikin sözlərinə görə, BMT İl-76 ilə bağlı vəziyyətdən xəbərdardır və həmçinin təyyarə qəzasının bütün qurbanlarına təəssüflənir. Bununla belə, o, həmçinin əlavə edib ki, baş verənlərlə bağlı BMT-də hər hansı əlavə məlumat yoxdur.
“Biz mətbuatdakı xəbərləri gördük. Biz itkilərdən təəssüflənirik, lakin bu barədə əlavə məlumatımız yoxdur”, - o deyib.
QAZİLER.AZ