Polşanın baş naziri Donald Tusk tezliklə Polşa Seyminə (parlamentin aşağı palatası) 12-ci həftəyə qədər abortların qanuniləşdirilməsi ilə bağlı qanun layihəsi təqdim etməyə hazır olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Gazeta Prawna” məlumat yayıb.
Tuskun sözlərinə görə, abort onun rəhbərlik etdiyi koalisiyada “fərqli baxışların” olduğu məsələlərdən biridir. O, bu məsələ ilə bağlı qadın təşkilatları ilə daxili koalisiya məsləhətləşmələrinin keçirilməsini təklif edib.
Polşada tibbi səbəblər və ya zorlamadan sonra hamiləlik istisna olmaqla, 1993-cü ildən abort qadağandır.
QAZİLER.AZ