Amerikalı müğənni Britni Spirs qonaqların onunla bağlı davranışından şikayətləndikdən sonra “Four Seasons” Hoteldə qara siyahıya salınıb.
Qaziler.az xəbər verir ki, bu barədə “The Sun” yazıb. Qəzetin yazdığına görə, beşulduzlu otelin işçiləri də sənətçidən narazı qalıblar.
“müğənni illərdir ki, “Westlake Village”dəki “Four Seasons” Hoteldə müntəzəm işləyir. Lakin son vaxtlar işçilərin baş ağrısına səbəb olub. Bəzi qonaqlar onun hovuz kənarında üstü açıq olmasından şikayətlənib, digərləri isə narahatlıq hissi keçiriblər. Onun davranışı çox vaxt qəribə və bezdirici olur”, - mənbə “The Sun”a bildirib.
QAZİLER.AZ