Dünyanın ən böyük onlayn mağazası işçilərini ixtisar edəcək

Dünyanın ən böyük onlayn mağazası işçilərini ixtisar edəcək backend

Dünyanın ən böyük onlayn ticarət platformalarından biri olan “eBay” 1000 nəfəri və ya işçi qüvvəsinin təxminən 9%-ni ixtisar edəcək. Şirkət qərarını işçilərin sayının və xərclərin biznesin inkişaf tempindən çox olması ilə izah edib. Bu da ABŞ iqtisadiyyatının ləngiməsi zamanı baş verib.

Qaziler.az xəbər verir ki, bu barədə “Associated Press” xəbər agentliyi məlumat yayıb.

“Biz çeviklik və sürət üçün heyətimizi daha yaxşı təşkil etməliyik. Bu dəyişikliklər çətindir, lakin əminəm ki, birlikdə işləməklə biz həmişəkindən daha güclü olacağıq”, – şirkətin baş direktoru Ceymi İannone ixtisarları şərh edərkən bildirib.

Qeyd edilib ki, “Ebay” COVID-19 pandemiyası zamanı artım dalğasında işçiləri sürətlə işə götürən ən son böyük texnologiya şirkəti olmuşdu.

QAZİLER.AZ

Diaspora