Rusiya Ukraynaya təbii qaz ixracını bərpa edib

Rusiya Ukraynaya təbii qaz ixracını bərpa edib backend

Rusiya üç aylıq fasilədən sonra Ukraynaya təbii qaz ixracını bərpa edib.



AZƏRTAC xəbər verir ki, bu barədə “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller məlumat verib. O bildirib ki, Ukraynanın “Naftoqaz” şirkəti oktyabrda qaz tədarükü üçün “Qazprom”a 234 milyon dollar ödəniş edib.

Qeyd edək ki, sentyabrın sonlarında Rusiya ilə Ukrayna təbii qazın alğı-satqısının bərpa edilməsi ilə bağlı razılığa gəliblər. Razılaşmaya görə Rusiya satdığı qazın qiymətində endirim edəcək və bu il oktyabrın 1-dən satdığı qazın hər min kubmetrinə görə 234 ABŞ dolları alacaq.

Xatırladaq ki, bu il iyulun 1-də Rusiya min kubmetr təbii qaz üçün Ukraynaya 247 dollar təklif etmişdi. Keçənilki qışda olduğu kimi cari ildə də 100 dollarlıq endirim istəyən Ukrayna isə bu təklifi rədd etmişdi.
Diaspora