"Rio Tinto" şirkətininişçilərini daşıyan kiçik təyyarə çərşənbə axşamı Kanadanın Şimal-Qərb Ərazilərində Diavik almaz mədəninə gedərkən qəzaya uğrayıb.
Qaziler.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlər var.
Ölənlərin sayı hələlik məlum deyil.
Rio Tinto"-nun baş direktoru Jakob Stausholm,:"Biz səlahiyyətlilərlə sıx işləyirik və nə baş verdiyini dəqiq öyrənmək üçün əlimizdən gələni edəcəyik" - deyib.
"Rio Tinto Group" Avstraliya-Britaniya konsernidir, dünyanın üçüncü ən böyük transmilli mədən və metallurgiya şirkətidir. Əsas fəaliyyət regionları Avstraliya, Kanada, ABŞ, Braziliya, Monqolustan, Qvineya, Madaqaskar və Cənubi Afrikadır.
QAZİLER.AZ