Ukraynanın Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində Rusiyanın Ukraynaya qarşı müharibəyə cəlb etdiyi Malayziyadan olan muzdlular görünüb.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.
“Ruslar təcavüzkar siyasətini davam etdirmək üçün dünyanın bütün ölkələrində muzdlu əsgərlər toplamaqda davam edir”, - mesajda deyilir.
Belə ki, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində tərcüməçinin müşayiəti ilə Malayziyadan olan muzdlular, eləcə də keçmiş "vaqnerçi" görünüb. Hazırda yaraqlılar poliqondadırlar.
CNS qeyd edib ki, Rusiya Silahlı Qüvvələrində kubalılar, nepallılar, belaruslar, serblər və muzdluluq fəaliyyəti ilə məşğul olmaq rəsmi qadağan olunan digər ölkələrin nümayəndələri də dəfələrlə müşahidə olunub.
QAZİLER.AZ