Slovakiya hərbi sahədə özəl müqavilələri həyata keçirməyə davam edəcək. Amma ölkə öz ordu anbarlarından hərbi yardım göndərməyəcək.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bunu Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini deyib.
Slovakiya prezidentliyinə namizədliyini irəli sürən Pelleqrini dünən, yanvarın 23-də Avropa Parlamentinin sədri Roberta Mezola ilə görüşü zamanı müvafiq bəyanatla çıxış edib.
O bildirib ki, Slovakiyanın Ukraynaya münasibəti ayrı-ayrı siyasətçilərin bəyanatlarına deyil, faktlara əsaslanaraq qiymətləndirilməlidir. Pelleqrini xatırladıb ki, ölkə Ukraynaya humanitar yardım və texniki dəstək göstərməkdə davam edir, xüsusən də minaların təmizlənməsində. Ölkənin Səhiyyə Nazirliyinin xətti ilə olan tədarüklərdən də danışılıb.
Pelleqrini əlavə edib ki, Slovakiya Ukrayna ilə şəxsi hərbi müqavilələri pozmayacaq. O xatırladıb ki, Ukrayna üçün döyüş sursatları Slovakiyanın şərqində yerləşən yarımdövlət müəssisə və obyektlərində də istehsal olunur, Almaniyanın təşəbbüsü ilə Ukraynanın zədələnmiş hərbi texnikası məhv edilməyərək təmir edilir.
Bununla belə, parlamentin spikeri vurğulayıb ki, Slovakiya bundan sonra müdafiə anbarlarından hərbi yardım göstərməyəcək. Lakin onun sözlərinə görə, bu, Slovakiyanın Ukraynadan üz döndərdiyi anlamına gəlmir.
QAZİLER.AZ