Qəzzada Qızıl Aypara Cəmiyyətinin qərargahı atəşə tutulub, 3 nəfər ölüb

Qəzzada Qızıl Aypara Cəmiyyətinin qərargahı atəşə tutulub, 3 nəfər ölüb backend

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsini atəşə tutması nəticəsində azı 3 nəfər ölüb.

“Report”un xəbərinə görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Təşkilatın Xan Yunisdəki qərargahının atəşə tutulması nəticəsində 3 məcburi köçkün ölüb, 2 nəfər isə yaralanıb”, - məlumatda qeyd edilib.

Diaspora