Latviya sərxoş sürücülərdən müsadirə edilən avtomobillərin daha bir partiyasını Ukraynaya verəcək

Latviya sərxoş sürücülərdən müsadirə edilən avtomobillərin daha bir partiyasını Ukraynaya verəcək backend

Latviya hökuməti sərxoş sürücülərdən müsadirə edilən avtomobillərin daha bir partiyasını Ukraynaya vermək qərarına gəlib.

Qaziler.az bildirir ki, bu barədə “Delfi” məlumat yayıb.

Məlumata görə, Latviya Ukraynaya ümumi bazar dəyəri 100 min avrodan çox olan 14 avtomobil partiyasını təhvil verəcək.

9 avtomobil Ukrayna Müdafiə Nazirliyinin ordu hissələrinə, Xarkov vilayətinin İzyum rayonundakı bələdiyyə tibb müəssisəsinə, Nikolayev vilayətinin Arbuzinski kənd sovetinə, Milli Qvardiyanın hərbi hissəsinə, Xmelnitski vilayətinin Kamenets-Podolsk rayon şurası və Xmelnitski vilayətinin Kitaigorod kənd şurası üçün nəzərdə tutulub.

Avtomobillər Latviyadan Ukraynaya “Twitter konvoyu” adlanan konvoy vasitəsilə gətiriləcək.

QAZİLER.AZ

 

Diaspora