Çində “turist polisi” fəaliyyətə başlayıb

Çində “turist polisi” fəaliyyətə başlayıb backend

Çinin turizm şəhəri olan Sanyada turistlər üçün fəaliyyət göstərən xüsusi polis qüvvələri fəaliyyətə başlayıb. Məqsəd şəhərin əsas gəlir mənbəyi olan turizm sahəsində baş verən cinayət hallarının qarşısını almaqdır.



Yerli hökumətin qərarına əsasən, həmin polis qüvvələri şəhərdə turistlərlə bağlı baş verən cinayət işlərinə, o cümlədən oğurluq, xidmət və iaşə müəssisələrində aldadılma hallarına qarşı mübarizə aparacaqlar. Yerli hökuməti “turist polisi”ni yaratmağa turistlərin aldadılmasına, onlara göstərilən pullu xidmətlərə görə tələb olunan haqqın normal qiymətlərdən yüksək olması halları ilə bağlı şikayətlərin çoxalması məcbur edib. Belə hallar şəhərə gələn turistlərin sayının azalmasına səbəb olur.

Qeyd edək ki, Sanya Çində “turist polisi”nin fəaliyyətə başladığı ilk şəhərdir.
Diaspora