Şimali Koreya Cənubi Koreya ilə birləşmənin simvolu olan "Yenidən birləşmə tağı"nı söküb.
Qaziler.az bildirir ki, bu barədə “The Guardian” qəzeti peykdən çəkilmiş görüntülərə istinadən məlumat yayıb.
“Son həftələrdə tonu nəzərəçarpacaq dərəcədə döyüşkən olan Kim [Çen In] əlində Koreya yarımadasının konturunu əks etdirən emblem tutan iki qadının təsvir olunduğu beton arxı “göz ağrısı” adlandırıb”, - nəşr qeyd edib.
Müəlliflər həmçinin bildiriblər ki, Şimali Koreyanın hərəkətləri Cənubi Koreyada narahatlıq yaradır və Pxenyanın siyasi kursunun dəyişməsi anlamına gələ bilər. Mümkün səbəblərdən biri ABŞ-da keçiriləcək prezident seçkiləridir.
Birləşmə Tağı 2001-ci ildə Şimali və Cənubi Koreya liderlərinin ilk dəfə görüşdüyü koreyalararası sammitin xatirəsinə ucaldılmış abidədir. Abidədə ənənəvi milli paltar geyinmiş iki koreyalı qadın əllərində vahid Koreyanın xəritəsini tuturlar.
QAZİLER.AZ