Ukraynaya dron hücumu: Rusiya bir neçə “Şahed” qrupunu işə saldı...

Ukraynaya dron hücumu: Rusiya bir neçə “Şahed” qrupunu işə saldı... backend

Rusiya ordusu bu gün, yanvarın 23-də axşam saatlarında Ukrayna ərazisinə yenidən “Şahed” tipli kamikadze pilotsuz təyyarələri ilə hücum edib.

Qaziler.az bildirir ki, Ukraynanın Hərbi Hava Qüvvələri komandanlığının Telegram kanalında məlumat verilir.

Rusiya pilotsuz təyyarələrinin Ukraynanın şimal istiqamətində hərəkəti qeydə alınıb.

"Diqqət! Bir neçə Şahed qrupu Donetsk və Dnepropetrovsk vilayətlərinin sərhədindədir! Hərəkət istiqaməti şimaldır", - elanda deyilir.

Həmçinin bundan əvvəl, saat 18:20 radələrində Hərbi Hava Qüvvələri Dnepropetrovsk və Zaporojye vilayətlərində hücum pilotsuz təyyarələrindən istifadə etməklə düşmənin təhlükəsi barədə məlumat verib.

Göstərilən ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib.

QAZİLER.AZ

Diaspora