Almaniyanın pilotsuz təyyarə istehsalçısı "Quantum Systems" Ukraynada ehtiyat hissələri zavodu yaratmaq istəyir.
Qaziler.az bildirir ki, bu barədə Defense News yanvarın 23-də xəbər verib.
Şirkət Ukrayna Müdafiə Nazirliyinin ehtiyacları üçün “Vektor” kəşfiyyat aparatlarını tədarük edib. Sifariş Almaniya hökuməti tərəfindən maliyyələşdirilib.
“Rəhbərlik (Quantum Systems) indi Ukraynada ehtiyat hissələri zavodunun yaradılması ilə bağlı razılaşmaları yekunlaşdırmaqla növbəti addımı atmaq istəyir”, - nəşr yazır.
Yerli istehsal "Vektor" tipli dronlar üçün xidməti sürətləndirə bilər.
Nəşrin məlumatına görə, şirkət artıq Ukraynada təlim və logistika mərkəzi yaradıb və burada ukraynalı təlimatçılar 200-ə yaxın pilotsuz uçan aparat operatorlarına təlim keçiblər.
"Quantum Systems" 2024-cü ildə yerli təlimçilərin sayını iki dəfədən çox artırmağı planlaşdırır.
QAZİLER.AZ