Türkiyənin xarici işlər naziri Hakan Fidan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ilə görüşüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin X sosial media hesabında edilən paylaşımda nazir Fidanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMGK) Fələstin toplantısından əvvəl Nyu-Yorkdakı Türk Evində Avstriya Xarici İşlər naziri Aleksandr Şallenberqlə görüşdüyü bildirilib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Qəzzadakı hadisələri müzakirə etmək üçün bir çox ölkənin xarici işlər nazirlərinin iştirakı ilə yüksək səviyyəli iclas keçirəcək.
QAZİLER.AZ