Əfqanıstanda qəzaya uğrayan "Falcon 10" biznes təyyarəsinin pilotu Arkadi Qraçov və həyat yoldaşına qarşı ittiham irəli sürülüb. Onları 10 ilə qədər həbs cəzası gözləyir.
Qaziler.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
"Arkadi Qraçev və həyat yoldaşını 10 ilə qədər həbs gözləyir", - kanal yazıb.
Onlar əlavə ediblər ki, təyyarənin qəzaya uğraması versiyasında yanacaq doldurma zamanı onun hesablanmasındakı səhvlər, həmçinin güclü külək və qar fırtınası səbəbindən təyyarənin göyərtəsində yanacaq çatışmazlığıdır.
Təyyarə “Athletic Group” şirkətinə məxsusdur, lakin uçuşlar başqa bir şirkət olan "Jet Aero" vasitəsilə həyata keçirilib. Teleqram kanalında bildirildiyi kimi təyyarədə tibb qrupu, xəstə Anna Evsyukova və Tailanddan geri qayıtmaq üçün təyyarəni icarəyə götürən əri olub.
Xatırladaq ki, yanvarın 21-də "Falcon-10" biznes-reaktiv təyyarəsi Əfqanıstan dağlarında qəzaya uğrayıb. Təbii fəlakət nəticəsində təyyarədə olan iki rusiyalı sərnişin həlak olub, dörd nəfər sağ qalıb. Sağ qalanlar Kabildəki hərbi tibb kompleksinə aparılıblar.
QAZİLER.AZ