İsrailin Qəzzada NEYTRAL ZONA yaradacaq

İsrailin Qəzzada NEYTRAL ZONA yaradacaq backend

Qəzza zolağında hərbi əməliyyatın sonunda İsrail öz ərazisində hərbisizləşdirilmiş zona yaratmağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu haqda “Semafor” portalı yəhudi dövlətinin hərbi dairələrindəki mənbələrə istinadən yazıb. Nəşrin məlumatına görə, söhbət İsraillə sərhəddə eni bir kilometrdən iki kilometrə qədər olan ərazidən gedir. Həmin ərazinin minalanmış ola biləcəyi qeyd edilir.

Həmçinin vurğulanıb ki, İsrail hərbi rəhbərliyi Qəzza ilə şimal və şərq sərhədlərində müşahidə qüllələri quraşdırmaq niyyətindədir. İsrail hərbçiləri icazəsiz anklavdan hasara yaxınlaşan hər kəsə atəş açacaq. İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror izah edib ki, bu, 7 oktyabr 2023-cü ildə başlanan hücum kimi hücumların qarşısını almaq üçün lazımdır.

“Əgər biz HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun gələcəkdə təkrarlanmasının qarşısını almaq istəyiriksə, heç kimin bizim tərəfə keçə bilməyəcəyi bir sədd, bir növ neytral ərazi, zona qurmalıyıq”, - deyə Yaakov izah edib.

QAZİLER.AZ

Diaspora