Polşa prezidenti təhlükəsizliyi ilə bağlı qorxuya düşüb - FOTO

Polşa prezidenti təhlükəsizliyi ilə bağlı qorxuya düşüb - FOTO backend

Polşa lideri Andjey Duda ölkəsinin keçmiş DİN  naziri Mariuş Kaminski və onun müavini Maçey Vonsikin prezident sarayında saxlanılmasından sonra təhlükəsizliyindən qorxmağa başlayıb.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, yerli mediaının məlumatına görə, dövlət başçısı Donald Tuskun rəhbərlik etdiyi Nazirlər Kabinetinin təhlükəsizlik xidmətindəki “adamları” vasitəsilə ona nəzarət edə biləcəyindən qorxur.

Nəşrin həmsöhbətlərinin dediyinə görə, Duda əvvəlcə həbs hadisəsindən şoka düşüb, sonra isə “qəzəblənib” və təhlükəsizlik rəisini xəyanətdə ittiham edib. Duda həmçinin mühafizəçidən tamamilə imtina etmək, onun funksiyalarını hərbi polisə vermək niyyətində olub, lakin Polşa qanunlarına görə bu, mümkün deyil.

QAZİLER.AZ

Diaspora