Rusiyada 5-ci sinif şagirdi iranlını cinsi orqanından bıçaqlayıb

Rusiyada 5-ci sinif şagirdi iranlını cinsi orqanından bıçaqlayıb backend

Moskvada 37 yaşlı iranlı 5-ci sinifdə oxuyan iki qardaşa liftdə hücum edərkən ombasından bıçaqlandığı bildirilib.

Qaziler.az xəbər verir ki, məlumatı “SHOT” teleqram kanalı yayıb. Kanalın məlumatına görə, girişə daxil olanda uşaqların onu qabağa buraxması kişinin xoşuna gəlməyib.

Hadisə yanvarın 22-də axşam saatlarında baş verib. 10 yaşlı iki qardaş evə qayıdarkən girişdə üst mərtəbədəki qonşuları ilə qarşılaşıblar. Qonşu kişi uşaqlarla birlikdə liftə girib və orada onlardan birinə zərbə endirməyə başlayıb. Kanalın məlumatına görə, məktəblilər düşəcəkləri mərtəbədə lifdən çıxıb böyük qardaşlarını köməyə çağırıblar. Qonşu kişi də onların arxasınca qaçıb və uşaqların qohumu ilə dalaşmağa başlayıb.

Belə ki, dava zamanı məktəblilərdən biri bıçağı çıxararaq hücum edən iranlının ombasına zərbələr endirib, daha sonra həmin şəxs xəstəxanaya yerləşdirilib. Telekanalın məlumatına görə, sorğu zamanı oğlan uşaqları bildiriblər ki, bıçağı ilk çıxaran iranlı olub və böyük qardaşına sancmağa çalışıb.

İddiaya görə, həm məktəblilərin qohumu, həm də iranlı silahlı olub. Nəşr iranlı qonşunun ombasından deyil, cinsiyyət orqanından vurulduğunu bildirib.

QAZİLER.AZ

Diaspora