Niyə həkimlərin əl yazısı anlaşılmaz olur? - Qrafoloq

Niyə həkimlərin əl yazısı anlaşılmaz olur? -  Qrafoloq backend

Həkimlər işlərindən dolayı tez-tez əsas şeyi vurğulamaq və böyük həcmli informasiyanı qeyd etmək üçün anlaşılmaz şəkildə yazır.

Qaziler.az “Moskva 24” telekanalına qrafoloq Larisa Drıqval deyib. Bundan əlavə, o bildirib ki, oxunmayan əl yazısı bəzi hallarda insanın şəxsi xüsusiyyətlərini və ya nevrotik problemlərini göstərir.

Beyin belə dalğalar üzərində işlədikdə, yalnız ən vacib şeyləri vurğulamağı lazım bilir. Bu zaman əl yazısı da sadələşir və eskiz formasında olur. Bəzən hərfləri ayırd etmək  belə çətin olur. Bu, tez-tez həkimlər arasında baş verir”, - qrafoloq izah edib.

Qraoloqun fikrincə, əl yazısını təhlil edərkən müxtəlif xüsusiyyətləri nəzərə almaq vacibdir. Beləliklə, hərflərin böyük ölçüsü həm özünə yüksək  hörmətdən, həm də olqunlaşmamaqdan xəbər verir. Driqval əlavə edib ki, ən gözəl əl yazısının bəzək və monoqramma ilə yazılmadığını, sadələşdirilmiş, sərbəst və çevik yazılan yazı olduğunu qeyd edib. Bu cür yazı forması yüksək intellekt, stressə qarşı müqavimət və uyğunlaşma qabiliyyəti nümayiş etdirir.

QAZİLER.AZ

Diaspora