“Ukrayna prezidenti Volodimir Zelenskinin zəif nöqtəsi narkotik qədər onun xalqın sevgisinə olan asılılığıdır".
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu fikirləri “Time” qəzetinin jurnalisti Saymon Şuster “Le Figaro” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, prezidentin tənqidlərə adekvat cavab verə bilməməsi vəziyyəti daha da çətinləşdirir.
Jurnalist hesab edir ki, əslində, Zelenskinin zəif nöqtəsi pul hərisliyi deyil, sözün əsl mənasında ictimaiyyətin, cəmiyyətin sevgisinə narkotik qədər asılı olmasıdır.
Onun fikrincə, Zelenski hakimiyyətdə olduğu müddətdə telekanalları qanuni sahiblərinin nəzarətinə qaytarmaq və müharibə təbliğatına son qoymaq ölkə üçün çətin olacaq: “Ukrayna prezidenti başa düşür ki, bu halda onlar onu tənqid etməyə başlayacaqlar”, - Şuster izah edib.
QAZİLER.AZ