Estoniyada rusdilli saytların bağlanması tələb edilib

Estoniyada rusdilli saytların bağlanması tələb edilib backend

Müxalifətdə olan Mühafizəkar Xalq Partiyasının parlament fraksiyası Estoniyanın dövlət qurumlarının internet saytlarının rusdilli versiyalarının bağlanmasını tələb edib.

Qaziler.az bildirir ki, bunu ölkənin ERR yayım portalı məlumat yayıb. Artıq müvafiq qərar layihəsi hazırlanaraq parlamentə təqdim olunub.

Mesajda deyilir ki, parlament hökumətə rəsmi tələblə müraciət edərək, tabeliyində olan nazirlik və qurumların internet saytlarının rusdilli versiyalarının ləğvini tələb etməlidir.

Estoniyalı deputat Yaak Valqenin sözlərinə görə, hazırda Estoniyada bütün 11 nazirlik və digər tabeli qurumların yarıdan çoxunun rusdilli internet saytları var. Deputat iddia edir ki, hökumət rusdilli saytları ləğv etməyə borcludur.

QAZİLER.AZ

Diaspora