Poroşenko Avropa İttifaqının hərbi ekspertlərini dəvət edib

Poroşenko Avropa İttifaqının hərbi ekspertlərini dəvət edib backend

Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqına əlaqələndirmə və nəzarət üzrə ümumi mərkəzin işində iştirak etmək üçün ölkəyə hərbi ekspertlərdən ibarət missiya göndərməyi təklif edib.

QAZİLƏR saytının “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, Pyotr Poroşenko Aİ Şurasının prezidenti Donald Tusk ilə telefon danışığı zamanı Donbasdakı vəziyyəti müzakirə edib.

Ukrayna lideri D.Tuska bildirib ki, Kiyev ölkəyə sülhməramlı kontingentin göndərilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına və Aİ Şurasına müraciət etməyi qərara alıb.

Poroşenko Rusiyanın sülhməramlı kontingentdə iştirakını istisna edib.
Diaspora