Britaniya yeni AJAX döyüş kəşfiyyat vasitəsini İsveçdə -36°C temperaturda sınaqdan keçirib.
Qaziler.az “Army Recognition”a istinadla xəbər verir ki, bu barədə Britaniya ordusunun Kral Zirehli Korpusu məlumat yayıb.
“Kral Zirehli Korpusunun britaniyalı əsgərləri yeni AJAX döyüş kəşfiyyat maşınını İsveçdəki poliqonda son dərəcə soyuq şəraitdə uğurla sınaqdan keçiriblər”, - nəşr yazıb.
Hesabatda deyilir ki, sınaq zamanı temperatur -36°C-ə çatıb. Sərt hava şəraitinə baxmayaraq, Britaniya hərbçiləri yeni silahın bütün imkanlarını göstərə bilib.
QAZİLER.AZ