Polşanın Ukraynaya etdiyi hərbi yardımın dəyəri açıqlanıb

Polşanın Ukraynaya etdiyi hərbi yardımın dəyəri açıqlanıb backend

Polşa 2022-ci il fevralın 24-dən Ukraynaya təxminən 3,5 milyard dollar dəyərində silah və hərbi texnika verib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Kiyevdə polşalı həmkarı Donald Tusk ilə keçirdiyi brifinqdə bildirib.

“Polşa Ukraynaya təxminən 3,5 milyard dollar dəyərində silah və texnika verib”, - Şmıqal deyib.

Ukrayna baş nazirinin sözlərinə görə, tərəflər iki ölkənin sərhədində dörd yeni keçid məntəqəsinin yaradılmasını, həmçinin birgə iqtisadi və infrastruktur layihələrini müzakirə ediblər.

QAZİLER.AZ

Diaspora