Husilər ABŞ-yə məxsus yük gəmisinə hücum edib

Husilər ABŞ-yə məxsus yük gəmisinə hücum edib backend

Husilər Ədən körfəzində “Ocean Jazz” yük gəmisinə hücum ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatının nümayəndəsi Yəhya Səria “Twitter” səhifəsində yazıb.

 Husilər gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinə aid olduğunu müəyyən ediblər.

Hərəkat rəhbərinin bildirdiyinə görə, Yəmən Hərbi Dəniz Qüvvələri Ədən körfəzində Amerikanın hərbi yük gəmisi “Ocean Jazz”a qarşı əməliyyat keçirib. Gəmi gəmi əleyhinə raketlərlə vurulub.

Paylaşımında Saria vurğulayıb ki, Yəmən Silahlı Qüvvələri Fələstinə dəstək istiqamətində dəyişməz mövqelərini təsdiqləmək üçün bütün addımları atmağa davam edir.

QAZİLER.AZ

Diaspora