Ukraynada Rusiya ilə bütün nəqliyyat əlaqələrini 50 il müddətinə qadağan etmək təklif olunub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb.
Hökumət Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına baxılması üçün Rusiya ilə birbaşa hava nəqliyyatının, habelə Rusiya Federasiyasının sakinlərinin Ukrayna hava məkanından istifadəsinin qadağan edilməsi, Rusiya Federasiyasında qeydiyyatda olan avtonəqliyyat vasitələrinin girişinin qadağan edilməsi, Rusiya Federasiyası ilə əlaqəli şəxslər üçün dəmir yolu hərəkətinin bütün gömrük rejimlərində qadağan edilməsi, Rusiya bayrağı altında üzən və ya sahibi Rusiya rezidenti olan gəmilərin Ukraynanın daxili sularında hərəkətinə və dəniz limanlarına girişinə qadağa qoyulmasını təklif edib.