Əfqanıstanda qəzaya uğrayan “Falcon 10”un pilotlarının sağ qalma səbəbi məlum olub

Əfqanıstanda qəzaya uğrayan “Falcon 10”un pilotlarının sağ qalma səbəbi məlum olub backend

Əfqanıstan dağlarında qəzaya uğrayan “Falcon 10” təyyarəsinin pilotları yerə düşməzdən əvvəl təyyarənin burnunu bir qədər yuxarı qaldırdıqları üçün sağ qala biliblər. Bu qərar sayəsində ən böyük zərbə gövdənin ortasına və sərnişin salonuna düşüb.

Qaziler.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı aviasiya ekspertlərinə istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrincə, ikinci mühərrik nasaz olduqdan sonra təyyarə təxminən 20-25 dəqiqə havada ola bilərdi və bu müddət ərzində 150 ​​kilometr məsafə qət edə bilərdi. Eyni zamanda pilotlar təyyarəni yerə endirmək üçün dağlarda düz səth tapmağa çalışıblar. Enişdən dərhal əvvəl təyyarənin burnunu 15-20 dərəcə qaldırıblar ki, bu da zərbəni yumşaldıb. Mütəxəssislərin fikrincə, bu qərar sayəsində “Falcon 10”un burnu yerə çırpılmayıb. Həmçinin zərbəni dağlara yağan qar da yumşaldıb.

Qeyd edək ki, yanvarın 20-də axşam saatlarında çarter tibbi reysinin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan, yanacaqdoldurma) - Jukovski (Moskva) marşrutu üzrə hərəkət edib. Mühərrik nasaz olduğundan  layner radarlardan itib və Əfqanıstan dağlarına çırpılıb. Təyyarədə altı nəfər olub, onlardan 2-si hadisə yerində dünyasını dəyişib.

QAZİLER.AZ

Diaspora