Polşa və Ukrayna müdafiə layihəsini müzakirə edir, ona əsasən, silah istehsalı üzrə birgə müəssisələrin tikintisi planlaşdırılır.
Qaziler.az bildirir ki, bu barədə Polşanın baş naziri Donald Tusk bu barədə bazar ertəsi, yanvarın 22-də Kiyevə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Biz müdafiə qabiliyyətimizi artırmaq üçün birgə müəssisələr quracağıq”, - deyə Wiadomości nəşri siyasətçinin sözlərindən sitat gətirir.
Tusk əlavə edib ki, Polşa Ukrayna üçün avadanlıq və materiallar istehsal etməyə hazırdır.
“Biz birlikdə maliyyə mənbələrini axtaracağıq. Bununla belə, kommersiya prinsiplərindən kənara çıxmayacağıq”, - deyə Polşanın baş naziri bildirib.
O əlavə edib ki, “Ukraynanı dəstəkdən daha vacib heç nə yoxdur”.
QAZİLER.AZ