Amerika Birləşmiş Ştatlarının davamlı yardımı Ukraynanın Rusiyaya qarşı mübarizədə qələbə qazanması və Avropada böyük müharibənin başlamasının qarşısını almaq üçün yeganə ümiddir.
Qaziler.az bildirir ki, bu barədə Polşa prezidenti Anjey Duda "Fox News" telekanalının efirində deyib.
Onun sözlərinə görə, ABŞ Konqresinin Ukraynaya yardım üçün əlavə maliyyə vəsaitinin qəbul edilməsi “ölkənin Rusiya ilə müharibədə qələbə qazanması üçün yeganə ümid, eyni zamanda, daha böyük müharibədən qaçmağın yolu və Amerika hərbçilərinin bu müharibədə iştirakının zəruriliyidir”.
"Rusiya Federasiyası bu müharibədə qalib gəlsə və başqa ölkəyə hücum etsə, bu, Avropada növbəti böyük müharibə riski deməkdir. Ona görə də yalnız ABŞ Ukraynaya dəstək verməklə belə bir müharibənin baş verməməsinə kömək edə bilər", - Duda vurğulayıb.
QAZİLER.AZ