Keçmiş sevgilisinin qapısını partladan qadına 6 il həbs

Keçmiş sevgilisinin qapısını partladan qadına 6 il həbs backend

İngiltərədə keçmiş sevgilisinin qapısına butan qazı ilə doldurulmuş şüşə qoyub evin qapısını partladan qadına 6 il həbs cəzası verilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İngiltərədə 39 yaşlı Lauren Mari Talbot ötən ilin iyun ayında keçmiş sevgilisinin evinin qapısına butan qazı ilə doldurulmuş şüşəni yandıraraq qapının partlamasına səbəb olub.

Bildirilib ki, qadın əvvəllər də öz evində silsilə yanğınlar törədib.

Polis bir çox insanın həyatını təhlükəyə atan qadının yanvarın 16-da mühakimə olunduğunu və hər iki cinayətə görə ümumilikdə 6 il həbs cəzası aldığını açıqlayıb.

Talbotun şəxsi mənzilində başlatdığı yanğınları söndürməyə gələn yanğınsöndürmə briqadası, qadının evin divarına “Bu mənzil cəhənnəmdə yansın” yazdığını görüblər.

"Lauren Talbotun cinayəti son dərəcə təhlükəli idi" deyə polis rəisi bildirib. "O, hər iki cinayətdən dolayı kimisə öldürə bilərdi və heç kimin xəsarət almaması tamamilə şans idi" deyə əlavə edib. Polis rəisi Talbotun keçmiş sevgilisinin də istintaqa kömək etdiyini söyləyib.

QAZİLER.AZ

 

Diaspora