"Australian Open" matçı qadının Fələstinə dəstək aksiyasına görə yarımçıq qalıb

"Australian Open" matçı qadının Fələstinə dəstək aksiyasına görə yarımçıq qalıb backend

Avstraliyada keçirilən "Australian Open"matçının 4-cü turunda  almaniyalı tennisçi Aleksandr Zverevin  britaniyalı Kemeron Norriyə qarşı oyunu azarkeşin meydançaya üzərində  “Fələstinə azadlıq” yazısı olan vərəqələr atması səbəbindən dayandırılıb.

Qaziler.az bildirir ki, bu barədə yanvarın 22-də "Times of Israel" qəzeti məlumat yayıb.

Bildirilir ki, flayerlər üçüncü set zamanı mavi beysbol papağı və qara tibbi maska ​​taxan qadın tərəfindən atılıb. Flyerlər ağ rəngdə olub və onların üzərində “Fələstinə azadlıq” şüarı ilə yanaşı, qara hərflərlə “Siz tennis seyr edərkən Qəzzaya bombalar yağır” sözləri yazılıb. Səpələnmiş kağızlar çıxarıldıqdan və sözü gedən etirazçı azarkeş qadın mühafizəçilər tərəfindən aparıldıqdan sonra matç davam etdirilib. Aleksandr Zverev 7-5, 3-6, 6-3, 4-6, 7-6 hesabı ilə qalib gəlib. O, 1/4 finalda ispan Karlos Alkaraza qarşı oynayacaq.

QAZİLER.AZ

 

Diaspora