"Taliban"ın hüquq-mühafizə orqanları hücumda əli olmaqda şübhəli bilinən 14 nəfəri saxlayıb.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 22-də "Hasht-ə Subh" qəzeti məlumat yayıb.
Kamikadze hücumu yanvarın 14-də Nimroz vilayətində baş verib. Hadisə nəticəsində üç əfqan təhlükəsizlik əməkdaşı yaralanıb.
Saxlanılanlar arasında Zarənc şəhərindən olan sahibkarlar da var.
QAZİLER.AZ