Əfqanıstanda "Falcon 10" təyyarəsinin qəzaya uğramasından sağ qalanların ilk görüntüləri yayılıb - VİDEO

Əfqanıstanda "Falcon 10" təyyarəsinin qəzaya uğramasından sağ qalanların ilk görüntüləri yayılıb - VİDEO backend

Əfqanıstanda "Falcon 10" qəzasında sağ qalan rusiyalıların görüntüləri yayılıb.

Qaziler.az bildirir ki,  baş verən hadisə yerindən kadrları yanvarın 22-də Hürriyyət radiosu yayıb.

Video görüntülərdə qarlı ərazidə qəzaya uğrayan təyyarənin qalıqları və göyərtəsində olan insanların xəsarət aldığı görünür.

Tailanddan Moskvaya uçan "Falcon 10" təyyarəsi ilə yanvarın 20-də əlaqə itib. Ertəsi gün onun Əfqanıstanın Bədəxşan əyalətinin dağlarında qəzaya uğraması məlum olub. Əfqanıstan Nəqliyyat Nazirliyi daha sonra qeyd edib ki, təyyarə ölkə ərazisi üzərində uçmalı deyildi, lakin naməlum səbəbdən marşrutu dəyişib.

QAZİLER.AZ

 

Diaspora