Gürcüstanın birinci prezidenti Qamsaxurdiyanın oğlu bu vəzifəyə təyin edildi

Gürcüstanın birinci prezidenti Qamsaxurdiyanın oğlu bu vəzifəyə təyin edildi backend

Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiya Milli Parlament Kitabxanasının direktoru təyin edilib.

QAZILER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.

Yeni direktoru parlament kitabxanalarının kollektivinə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili təqdim edib.

Papuaşvilinin “Facebook” səhifəsində qeyd etdiyi kimi, Qamsaxurdiya kollektivə kitabxananın inkişafı ilə bağlı baxışları təqdim edib, həmçinin cari layihələri və gələcək üçün planları müzakirə edib.

Gürcüstan mətbuatı qeyd edir ki, kitabxanaya son 11 ildə rəhbərlik etmiş və yanvarın əvvəlində gözlənilmədən tutduğu vəzifədən azad edilmiş keçmiş direktoru Georgiy Kekelidze orada olmayıb.

Vurğulanır ki, Kekelidze dəfələrlə hakimiyyəti tənqid edib və hökumət əleyhinə etiraz aksiyalarının iştirakçılarını dəstəkləyib.

Eyni zamanda, Gürcüstan parlamentinin spikeri özü israr edir ki, Kekelidzenin istefaya göndərilməsi qərarının siyasətlə heç bir əlaqəsi yoxdur.

Gürcüstanın birinci prezidenti Qamsaxurdiyanın oğlu Konstantin 2011-ci ilə qədər Gürcüstan parlamentinin deputatı olub və ölkənin üçüncü prezidenti Mixail Saakaşvilinin hökumətinə rəqib olub. O, Gürcüstanın BMT-nin Cenevrədə yerləşən iki agentliyinə - Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) və Ümumdünya Meteorologiya Təşkilatına daimi nümayəndəsi təyin olunduğu üçün mandatından imtina edib. 2016-cı ildə Qamsaxurdiyanın Azadlıq partiyası Rusiyayönlü Vətənpərvərlər Alyansı partiyası ilə blokda parlament seçkilərində iştirak edib.

Ötən il Qamsaxurdiya Gürcüstan Milli Parlament Kitabxanasını atası ilə saxta müsahibələr yaymaqda ittiham edib. Onun sözlərinə görə, bu, Gürcüstanın ilk prezidentini “ibtidai millətçiliklə qaynayan radikal fanatik və marjinal anti-Qərb xadimi” kimi təqdim etmək üçün genişmiqyaslı kampaniyanın bir hissəsi idi.

Diaspora