Radardan itən təyyarə tapıldı: 6 nəfərdən 4-ü...

Radardan itən təyyarə tapıldı: 6 nəfərdən 4-ü... backend

Əfqanıstanda radardan itən "Falcon 10" model təyyarə tapılıb.

QAZILER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, təyyarə yerli yerüstü axtarış-xilasetmə xidməti tərəfindən tapılıb. İlkin məlumatlara görə, altı nəfərdən dördü sağdır. Daha iki nəfərin taleyi müəyyənləşdirilir.

Təyyarə Qaya ( Hindistan ) - Daşkənd ( Özbəkistan ) - Jukovski ( Rusiya ) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçiririb. Moskva vaxtı ilə təxminən 19.30-da təyyarə radarlardan itib. Onun qəzaya uğradığı bildirilib.

Təyyarədə rusların olduğu məlum olub. Rusiya Federasiyasının İstintaq Komitəsi (İCR) faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (“Yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma”) ilə cinayət işi açıb.

Diaspora