Çinin Betavolt startapı 50 il ərzində elektrik enerjisi istehsal edə bilən yeni “əbədi” akkumulyator yaradıb.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi xəbərə görə, Pekində yerləşən Betavolt şirkətindn bildirilib ki, onun 63 nüvə izotopundan ibarət nüvə batareyası nüvə enerjisinin miniatürləşdirilməsinin dünyada ilk nümunəsidir.
Startap nümayəndələri qeyd edirlər ki, yeni nəsil akkumulyator artıq pilot sınaqdan keçib və nəticədə smartfonlar və dronlar kimi kommersiya tətbiqləri üçün kütləvi istehsal olunacaq.
"Betavolt nüvə batareyaları aerokosmik, süni intellekt, tibbi avadanlıq, mikroprosessorlar, qabaqcıl sensorlar, kiçik dronlar və mikro robotların uzunmüddətli enerji ehtiyaclarını ödəyə bilər", - şirkətin press-relizində deyilir.