İki nəfərin qripdən öldüyü təsdiqləndi

İki nəfərin qripdən öldüyü təsdiqləndi backend

Bu mövsümdə Gürcüstanda qripdən iki nəfər ölüb, lakin COVID xəstələri arasında ölüm faktı olmayıb.

QAZILER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu sözləri Gürcüstanın Birinci Kanalına (1tv) müsahibəsində Gürcüstanın İnfeksion Patologiya və QİÇS Mərkəzinin direktoru Tengiz Tertsvadze söyləyib.

Onun sözlərinə görə, ölüm faktları Qərbi Gürcüstanda qeydə alınıb.

T.Tertsvadze deyib: “Son vaxtlar dünyada respirator viruslara yoluxma hallarında artım müşahidə olunur. Gürcüstanda da yoluxma hallarının artması gözlənilən idi. Amma vəziyyət narahatedici deyil və xəstəxanalarda çarpayıların olmaması ilə bağlı həyəcan və emosiyalar lazımsızdır”.

Bildirilib ki, COVID-lə bağlı məhdudiyyətlər qaldırıldıqdan sonra infeksiyalar artıb. İndi sabitlikdir, fövqəladə vəziyyət yoxdur. Lakin həddən artıq həyəcan və emosiyalar var.

Mütəxəssis qarşıdakı aylarla bağlı proqnoz da verib. Bildirib ki, fevral-mart aylarında tənəffüs yollarında yoluxucu xəstəliklərin sayı arta bilər. Lakin vəziyyət artsa belə, Gürcüstanda infeksiyaların yayılması nəzarət altındadır

Diaspora