ABŞ-da kəskin hava şəraiti – qar, çovğun və şaxta səbəbindən 83 nəfərin öldüyü təsdiqlənib.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.
Tennessi ştatında 19, Oreqonda 16 nəfər ölüb. İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu-Cersi ştatlarında da ölüm halları var.
Gələn həftənin əvvəlində də şaxtaların davam edəcəyi proqnozlaşdırılır.