Fransa prezidenti Emmanuel Makronun silahlı qüvvələrə illik müraciəti zamanı səhnədə arxasında dayanan hərbçi qadın huşunu itirib.
Qaziler.az xəbər verir ki, görüntülər Yelisey Sarayının mətbuat xidməti tərəfindən Twitter (X) sosial şəbəkəsində yayımlanıb.
Çıxışı zamanı Makron bunu hiss edib və arxaya çönüb. Xanım üçün ilk köməyi çağıran da prezident olub və onu dərhal səhnədən uzaqlaşdırıblar. Daha sonra Makron danışığına davam edib.
QAZİLER.AZ