İtaliyanın Ali Kassasiya Məhkəməsi "Roma salamı" adlanan "faşist salamı"nın "faşizmi dirçəltmək riski daşımadığı" halda cinayət hesab edilməməsinə qərar verib.
Qaziler.az bildirir ki, bu barədə ölkənin yerli “il Fatto Quotidiano” qəzeti yazıb.
Məqalədə deyilir: “Roma salamı faşizmin reabilitasiyası kimi konkret təhlükə olmadan cinayət sayılmır”.
Materialda qeyd olunur ki, “şəxsi və ya anım tədbirlərində” jesti təkrar edən şəxslər “Roma salamı”nın nümayişinə görə məsuliyyətdən azaddırlar.
Qeyd edək ki, bir müddət əvvəl Romada yüzlərlə italyan mitinqdə "faşist salamı" nümayiş etdirib.
QAZİLER.AZ