Qəzzada öldürülən insanların 70 faizi uşaq və qadınlardır - BMT

Qəzzada öldürülən insanların 70 faizi uşaq və qadınlardır - BMT backend

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının ələ keçirilmiş Fələstin ərazilərindəki nümayəndəsi Ajith Sunghay BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.

Qaziler.az bu barədə TRT Haber-ə istinadla xəbər verir.

"Qəzzada daha bir şokedici dönüş nöqtəsinə çatırıq. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bölgədə təxminən 25 min adamın öldüyü bildirilir. Onların 70 faizi isə qadın və uşaqlardır", - Sunghay deyib.

Qəzzada ən az 61 min 500 nəfərin yaralandığını bildirən Sunghay, minlərlə insanın hələ də dağıntılar altında olduğunu və əksəriyyətinin öldüyü ehtimal edildiyini qeyd edib.

Sunghay, həftənin əvvəlindən Qəzzada olduğunu və minlərlə insanın çıxılmaz vəziyyətdə Rəfah Sərhəd Qapısına gəlməyə davam etdiyini və tapdıqları hər cür vasitəylə müvəqqəti sığınacaqlar qurduğunu bildirib.

QAZİLER.AZ

Diaspora