Rusiyalı aktrisa Xalq artisti titulundan məhrum edilə bilər

Rusiyalı aktrisa Xalq artisti titulundan məhrum edilə bilər backend

Rusiyada Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin aktrisa Çulpan Xamatovanı Rusiyanın Xalq artisti titulundan məhrum etmək istəyini bildirib.

Qaziler.az bildirir ki, bu barədə “RİA "Novosti" yazıb. O, Rusiya Mədəniyyət Nazirliyinə müvafiq müraciət göndərib.

FPBC-nin bəyanatında rusofob kimi xarakterizə edilən Çulpan Xamatovanın fəaliyyətinə diqqət yetirilməsinin zəruriliyi vurğulanır. 2012-ci ildən Rusiya Federasiyasının Xalq artisti olan aktrisa 2022-ci ilin fevralında xüsusi hərbi əməliyyatla bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət imzalayıb. Xamatova 2022-ci ilin martından isə Latviyada yaşayır.

Borodin xatırladıb ki, 2022-ci ilin aprelində Çulpan Xamatova müsahibə zamanı latviyalı teleaparıcı tərəfindən Rusiya rəhbərliyinin mütəmadi olaraq pislənilməməsinə görə tənqid edilib. Cavabında Xamatova Xalq artisti adından imtina etməyə hazır olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora